SOCAR bu il səmt qazı emissiyası üzrə 0 göstəriciyə nail olmaq istəyir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonuna kimi hasilatda səmt qazlarının emissiyası üzrə 0 göstəriciyə nail olmağı planlaşdırır. SİA-nın məlumatına görə, bunu Baki Enerji Forumunun ikinci günündə çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.
R.Hüseynzadə onu da qeyd edib ki, SOCAR karbonlaşsızdırma, enerji effektliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrədə aktiv fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB