İİTKM ilə Dünya Bankı arasında görüş keçirilib - FOTOLAR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Dünya Bankının Baş Maliyyə və Özəl Sektor üzrə mütəxəssisi Ramil Məhərrəmov ilə görüşüb. İİTKM-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tərəflər arasında EnterpriseAzerbaijan.com portalının gələcək inkişafı, Azərbaycanda “İnnovasiya və Startap Ekosistemi”nin qurulması və inkişafı üçün Dünya Bankının dəstəyi, beynəlxalq yarışların təşkili, investisiyaların təşviqi və korporativ innovasiya proqramlarının idarə edilməsi ilə bağlı xüsusi “İnkişaf Proqramı”nın hazırlanması üçün innovasiya siyasətinin nəzərdən keçirilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Dünya Bankı və EnterpriseAzerbaijan.com portalı arasında əməkdaşlığın davamlı olması üçün gələcək prespektivlər diqqətə alınıb.

Görüşdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...