Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın "Mitsubişi" (Mitsubishi) şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Ekologiya Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə