Azərbaycan neftinin qiymətində baş verən artımın səbəbi nədir? - İQTİSADÇI AÇIQLADI
“Dünya enerji bazarında müşahidə edilən qiymət artımı Azərbaycan neftinin qiymətinə də təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda neftin bir bariyerinin qiyməti brend marka üçün 105 dollar təklif olunur: “Xeyli müddətdir ki, neftin dünya bazarındakı qiyməti hər bariyer üçün 100 dollardan artıqdır. Azərbaycan nefti "Azərlayt" brend markalı neftə indeks hasil olunur. Təbii ki, bu baxımdan brend markalı neftin qiymətindəki artımlar Azərbaycan neftinin qiymətinin artmasına gətirib çıxarır. Bütün bunların hər biri bütövlükdə ölkəyə daxil olan valyuta həcminə təsir göstərən əsas faktorlardan biridir. Azərbaycanın bütövlükdə ümumi ixracatının təxminən 85 faizini neft və neft məhsulları təşkil edir. Ona görə də neftin dünya bazarındakı qiymətinin artması Azərbaycana daxil olan valyuta həcminin çoxlmasına ümumən isə dövlət gəlirlərimizin artmasına imkan yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB