Qızılın qiymətinin ucuzlaşmasına SƏBƏB NƏ OLDU? - DEPUTAT AÇIQLADI

Qızılın qiymətinin ucuzlaşmasına SƏBƏB NƏ OLDU? - DEPUTAT AÇIQLADI

“Son bir ayda qızılın qiymətində azalmalar müşahidə olunur. Bütövlükdə son bir ildə 5 faiz, son altı ayda isə 3 faiz qızılın qiymətində artım baş verib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, lakin son bir ayın yekunları ondan xəbər verir ki, aprel ayında dünya bazarında qızıl dəyərini itirib: “Bunun əsas səbəbi strateji məhsullar bazarında qiymətlərin yüksəlməsi ilə bağlıdır. İnvestorlar qiymətləri yüksələn məhsullara daha çox investisiyalar ayırmaqda maraqlıdırlar. Həmçinin Rusiya və Ukrayna müharibəsi fonunda enerji məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu da investorların neft və mavi qaza daha çox sərmayə yönəltməsinə gətirib çıxardacaq. Bununla da əlaqəli olaraq investorların bir qismi qızıl bazarında öz vəsaitlərini çəkib, digər bazarlara xüsusən də enerji bazarlarına yönəltdiyi üçün qızıl bazarında tələbin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxardır. Hələ ki, qızılın qiymətində ciddi şəkildə azalmalar müşahidə olunmur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə