Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya maliyyə yardımı edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya maliyyə yardımı edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynaya 100 milyon avroluq ticarət maliyyəsi ayırmağa qərar verildiyini açıqlayıb.

Bank tərəfindən verilən açıqlamada bankın bu ilin sonuna qədər Ukraynaya ümumi sərmayəsini 1 milyard avroya çatdırmağı hədəflədiyi qeyd edilərkən, müharibə dövründə ticarəti dəstəkləmək üçün 100 milyon avro maliyyələşdirmə təklif ediləcəyi vurğulanıb.

Açıqlamada müharibənin ölkənin cənub-şimal ticarət əlaqələrinə təsir edərək ticarət zəncirini pozduğu vurğulanıb.

Digər tərəfdən, açıqlamada Ukraynada iqtisadiyyatın 60-70 faizinin müharibə mühitinə baxmayaraq fəaliyyətini davam etdirəcəyi təxmin edildiyi və iqtisadiyyatın müharibə mühitinin şərtlərinə tez uyğunlaşa bildiyi xatırladılıb.

Xatırladaq ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücuma keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə