Mavi qaz ixracının bahalaşması Azərbaycana necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

Mavi qaz ixracının bahalaşması Azərbaycana necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

“Azərbaycan son illər mavi qaz ixracatını hiss edilən dərəcədə artırıb. Nəzərə alsaq ki, artıq Avropa İttifaqına 11 milyard kub metrdən artıq mavi qaz nəql edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili və iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ölkəmiz 2021-ci ildə 18,5 milyard kub metr mavi qazı xarici ölkələrə göndərib: “Onun təxminən 9milyard kub metr Avropaya, qalanı isə Türkiyə və Gürcüstana ixrac olunub. Mavi qaz qiymətlərinin artması təbii ki, Azərbaycana daxil olan valyuta həcminin çoxalmasına gətirib çıxardır. Həmçinin Azərbaycanın mavi qaz ixracatının daha çox gəlir əldə etməsinə şərait yaradır. Bu səbəbdən mavi Azərbaycan üçün daha gəlir anlamına gəlir. Xüsusəndə qeyri-neft sektorunun maliyyələşdirilməsi baxımından daha güclü mənbələrin yaranmasına gətirib çıxardır. Praktik olaraq mavi qazın dünya bazarındakı qiymətin artması Azərbaycanın dövlət gəlirlərinin artmasına şərait yaradır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə