Neftçala rayonunda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Görülən işlər çərçivəsində yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Neftçala şəhərində Mirzə Ələkbər Sabir küçəsinin işıqlandırılması və vətəndaşların təhlükəsiz hərəkəti üçün səkilər çəkilməsi işləri davam etdirilir. Rayonun Bankə qəsəbəsində isə mərkəzi küçə memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadları təmir olunub, həmçinin rəngli boyalarla müxtəlif rəsmlərin çəkilməsi işlərinə başlanılıb.
Rayonun Həsənəbad qəsəbəsində yerli əhəmiyyətli yolun çəkilməsinə start verilib və asfalt örtüyün çəkilməsi işləri davam etdirilir. Bundan əlavə ətraf-mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Neftçala rayonu ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazilərdə təmizlik işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB