Türkiyə avtomobil sənayesi ixracatı 2022-ci ilin ilk rübündə
Türkiyə avtomobil sənayesi 2022-ci ilin ilk rübündə ixracatının 64,6 faizini Avropa İttifaqı ölkələrinə edərək ölkəyə 4 milyard 833 milyon 666 min dollar qazandırıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi (Uludağ Otomotiv Endüstrisi İhracatçıları Birliği) və Türkiyə İxracatçılar Məclisinin (Türkiye İhracatçılar Meclisi) qeydlərindən toplanan məlumatlara görə, Türkiyə avtomobil sənayesi 2022-ci ilin ilk 3 ayında ixracatdan 12,4 faiz pay alıb.
2022-ci ilin ilk rübündə ən çox ixracatın edildiyi ölkələrin başında Türkiyə avtomobil sənayesinin əsas bazarı olan Almaniya gəlir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu il təxminən 2 faiz artım olub. Türkiyədən Almaniyaya 2021-ci ilin ilk rübündə 1 milyard 100 milyon 180 min dollarlıq avtomobil ixracatı 2022-ci ilin eyni dövründə 1 milyard 118 milyon 106 min dollara yüksəlib.
Almaniyadan sonra Türkiyədən 622 milyon 600 min dollarlıq avtomobil sənayesi məhsulları alan ikinci Aİ ölkəsi İtaliyadır.
2022-ci ilin yanvar-fevral-mart dövründə Türkiyədən Fransaya 609 milyon 987 min, İspaniyaya 481 milyon 358 min, Polşaya 343 milyon 762 min, Sloveniyaya 294 milyon 580 min, Belçika 275 milyon 38 min, Rumıniyaya 165 milyon 447 min dollarlıq avtomobil ixracatı gerçəkləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB