Bu amillər bazarda qiymətin artmasına səbəb olur - İQTİSADÇI ŞƏRH ETDİ
"Tütün məhsullarının, spirtli içkilərin və digər məhsulların müəyyən çeşidlərinin aksiz dərəcəsinin artırılması ilə bağlı qərar bir ay öncə verilmiş bir qərardır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, aksiz dərəcəsinin artırılması həmin məhsulların bazarda qiymətinin artmasına səbəb olur: "Dövlət bütün məhsulların aksiz dərəcəsini aşağı sala bilməz. Bazarda idxaldan asıllıq səviyyəsinin azaldılması üçün, o cümlədən yerli təlabatın ödənilməsi üçün, eləcə də ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün bir çox məhsulların aksiz dərəcəsi sıfıra endirilir və yaxud da müəyyən qədər aşağı endirilir. Ölkənin qida təhlükəsizliyində rol oynayan məhsulların aksiz dərəcəsinin sıfıra qədər endirilməsinin şahidi oluruq. Amma siqaret, qəlyan, spirtki içkilər kimi məhsullar bu nəinki ölkənin ərzaq təhlükəsizliyində rol oynayır, əksinə insanların sağlamlığı üçün təhlükə yaradan, tövsiyə edilməyən məhsullardır. İnsanlar sadəcə zərərli vərdişlərə malik olduqları üçün bu kimi məhsullardan istifadə edirlər. Bu məhsulların aksiz dərəcəsinin artırılması təbii olaraq müəyyən qisim insanların bu vərdişlərdən tərgitmiş olacaq. Elə insanlar olacaq ki, bu məhsulların bahalaşması ilə belə zərərli vərdişlərindən əl çəkməyəcək. Sadəcə müəyyən bir qismi tərgitmiş olacaq.
Ümumi kontekstdə bütün aksiz dərəcələrini aşağı salmaq olmaz. Əgər, hər hansısa bir məhsulun aksiz dərəcəsi aşağı salınırsa, balansın qorunması, gömrük yığımlarının plana uyğun tənzimlənməsi üçün elə məhsullar var ki, onların aksiz dərəcələri endirildikdə bəzi məhsulların aksiz dərəcəsi artırılır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB