"Cənab Prezidentin yanında keçirilən müşavirədən məlum olur ki, ölkəmizdə ilk üç ayın nəticələrinə görə inflyasiya təxminən 18 faiz olmuşdur". Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.
Onun sözlərinə görə, əhalinin gəlirləri 20 faiz təşkil edir: "Bu onu göstərir ki, inflyasiya əhalinin gəlirlərini üstələyə bilmir. Düşünürəm ki, biz ilk dəfədir belə halla qarşılaşırıq. Yəni Azərbaycanda inflyasiya faktiki olaraq ikirəqəmlidir. Bu inflyasiyanın səbəblərindən biri bizim ticarət partnyorlarımızla baş verən hadisələrdir. Burada idxalla bağlı olan inflyasiya rəqəmləri var. Çünki Azərbaycanın ticarət tərəfdaşları əsasən Ukrayna, Rusiya və Türkiyədir.
Bildiyimiz kimi bu üç Respublikanın 2-si arasında ağır proseslər gedir. Biri SWIFT-dən çıxarılıb, digərinin isə logistik imkanları tamamilə kəsilib, demək olar ki, ticarət zəncirləri qırılıb. Təbii ki, bu da xaricdən Azərbaycana daxil olunan məhsullarda inflyasiya yaradacaq. Amma məsələ ondan ibarətdir ki, bundan istifadə edən bəzi sahibkarlar da qiymətləri süni şəkildə qaldırırlar. Süni şəkildə qiymətlərin qalxması insanların hər gün artan ərzaq tələbatını ödəyə bilmir. Bu da insanlarda narazılığa səbəb olur.
Möhtərəm cənab Prezident müşavirədə konkret tapşırıqlarını verdi. Düşünürəm ki, bundan sonra mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Ölkəyə bu məhsulları gətirən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilməlidir. Monitorinqlər nəticəsində müəyyən olmalıdır ki, həqiqətən bu məhsulları ixrac edən ölkələrdə qiymət artımı baş verib? Yaxud da logistik imkanları zəiflədiyi üçün qiymət artımı baş verib yoxsa qiymət artımı süni şəkildəmi qalxıb? Əgər bu süni şəkildə baş verirsə İqtisadiyyat Nazirliyinin işçiləri bu sahədə adekvat addımlar ata bilərlər. Bununla da süni şəkildə qiymət artımı aradan qaldırıla bilər. Eyni zamanda bu işlərə yol verən sahibkarlara da müəyyən cəzalar tətbiq edilməlidir. Çünki Azərbaycan dövləti mal qıtlığının qarşısını almaq üçün tədbirlər həyata keçirirsə, inflayasiyanın qarşısını almaq üçün sahibkarlara birbaşa və dolayı yolla yardım edirsə, ölkədə şaxələndirilmiş iqtisadiyyatı həyata keçirərək gəlcəkdə baş verəcək inflyasiyaların qarşısını almaq üçün tədbirlər görürsə gərək sahibkarlar da dövlətin atdığı bu addımlara riayət edib, üzərlərinə düşən məsuliyyəti hiss edərək belə işlərə yol verməməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB