Energetika naziri Cəlilabadda vətəndaşlarla görüş keçirəcək
Energetika naziri Pərviz Şahbazovun aprelin 15-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbul aprelin 21-də saat 11:00-da keçiriləcək. Nazir Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB