Rusiyadan çıxarılan kapital miqdarı sürətlə artır

Rusiyadan çıxarılan kapital miqdarı cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrünə müqayisədə 266% artaraq 64,2 milyard dollara çatıb.
Rusiyadan çıxarılan kapital miqdarı sürətlə artır

SİA Türkiyənin TRT xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. Bildirib ki, 2021-ci ilin birinci rübündə ölkədən 17,5 milyard dollar kapital çıxarılıb. Lakin 2022-ci ilin müvafiq dövründə sərmayə çıxışı 64,2 milyard dollara yüksəlib. Açıqlamada həmçinin qeyd edilib ki, sözügedən dövrdə Rusiyanın xarici ticarət dövrüyəsinin müsbət saldosu 25,8 milyard dollardan 66,3 milyard dollara çatıb.

Qeyd edək ki, Rusiyanın Fevralın 24-də Ukraynaya hücumdan sonra üz-üzə gəldiyi sanksiyalara görə, onlarla xarici şirkət və investor ölkədən çıxmaq və ya oradakı fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, Rusiyadan kapital çıxışı 2021-ci ildə də bir əvvəlki ilə müqayisədə 42 faiz artaraq 72 milyard dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə