Ukrayna iqtisadiyyatı təxminən 45 faiz kiçiləcək

Müharibə həm də Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan bazarına və inkişaf etməkdə olan iqtisadiyyatlarına ağır zərbə vurub
Ukrayna iqtisadiyyatı təxminən 45 faiz kiçiləcək

Ukraynadakı müharibə fəlakətli humanitar və iqtisadi böhrana səbəb olub. Belə ki, Dünya Bankının son proqnozuna görə, bu il Ukrayna iqtisadiyyatı təxminən 45 faiz kiçiləcək.

SİA bu barədə “UNN” saytına istinad edir.

“Ukrayna iqtisadiyyatının bu il təxminən 45,1 faiz daralması gözlənilir, baxmayaraq ki, daralmanın miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq”. Bu isə Avropa və Mərkəzi Asiya Regionu üzrə yeni İqtisadi İcmalda yer alan “Regionda müharibə” yazısında deyilir.

Yazıda, həmçinin görünməmiş sanksiyalardan əziyyət çəkən Rusiya iqtisadiyyatının artıq dərin tənəzzülə uğradığını və 2022-ci ildə istehsal həcminin 11,2 faiz azalacağı deyilir.

Bununla yanaşı, Dünya Bankı Ukraynaya qarşı müharibənin, Rusiyaya qarşı isə sanksiyaların bütün dünya ölkələri iqtisadiyyatlarına zərbə vurduğunu, əsas zərbənin isə Avropa və Mərkəzi Asiya regionunda inkişaf etməkdə olan bazarlara və inkişaf etməkdə olan ölkələrə dəyəcəyi bildirilir.

“...Bölgə iqtisadiyyatının indi müharibədən əvvəlki 3 faiz artım proqnozundan bu il 4,1 faiz azalacağı proqnozlaşdırılır. Çünki müharibədən yaranan iqtisadi qarışıqlıq COVID-19 pandemiyasının təsirlərini gücləndirir. Bu, bir neçə il ərzində ikinci daralma olacaq və 2020-ci ildə pandemiyanın yaratdığı azalmadan iki dəfə çox olacaq”.

Qeyd edək ki, verilən proqnozda belə deyilir.

"Müharibənin yaratdığı humanitar böhranın miqyası heyrətamizdir. Rusiyanın işğalı Ukrayna iqtisadiyyatı və infrastrukturuna böyük ziyan vurur. İqtisadiyyatını və iqtisadi vəziyyətini qorumaq üçün mübarizə aparan Ukraynanın dərhal kütləvi maliyyə dəstəyinə ehtiyacı var. Hökumət əziyyət çəkən və ekstremal vəziyyətin öhdəsindən gələn Ukrayna vətəndaşlarını dəstəkləmək üçün çalışır”. Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Bjerde bildirib.

Bundan əlavə, müharibə qlobal iqtisadi artımın kəskin yavaşlamasına, inflyasiyanın və borcun, eləcə də yoxsulluğun artması ilə bağlı qorxuların artacağını göstərir. İqtisadi təsir əmtəə və maliyyə bazarları, ticarət və miqrasiya əlaqələri daxil olmaqla bir neçə kanal vasitəsilə əks-səda verib, bundan əlavə, həmçinin etimada mənfi təsir edib.

Müharibə həm də Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan bazarına və inkişaf etməkdə olan iqtisadiyyatlarına ağır zərbə vurdu, bu regionda pandemiyanın təsirləri səbəbindən bu il artıq iqtisadi yavaşlama yaşandı. Rusiya və Ukrayna ilə yanaşı, Belarus, Qırğızıstan, Moldova və Tacikistanın da bu il tənəzzülə uğrayacağı, müharibənin yayılma təsirləri səbəbindən bütün iqtisadiyyatlarda artım proqnozlarının aşağı salındığı və proqnozdan daha zəif olacağı gözlənilir.

Yeri gəlmişkən, Ukrayna İqtisadiyyat Nazirliyi 2022-ci ilin birinci rübündə ÜDM-in 16 faiz azalacağını, ilin sonuna isə bu azalmanın 40 faizə çata biləcəyini proqnozlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə