“Azəriqaz” İB sahibkarlarla görüş keçirəcək

“Azəriqaz” İB sahibkarlarla görüş keçirəcək

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qəbələ rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Qəbələ şəhəri, Zərifə Əliyeva parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə