Banklar ruslara nağd valyuta satmağa icazə verib

Banklar ruslara nağd valyuta satmağa icazə verib

Rusiya Bankı aprelin 18-dən etibarən ruslara nağd valyuta satışına qoyulmuş qadağanı ləğv edir.

SİA-nın məlumatına görə, “RİA Novosti” bunu Mərkəzi Bankın qərarına istinadən xəbər verir.

Rusiyanın Mərkəzi Bankı ruslara martın 9-dan əvvəl açılmış depozitlərdən nağd avro almağa da icazə verib.

“Bazar ertəsindən etibarən siz yalnız nağd dollar deyil, həm də martın 9-dək açılmış depozitlərdən avro əldə edə bilərsiniz”.

“Alfa-Bank”dan verilən məlumatda bel deyilir.

Bankdan çıxarma limiti 10,000 dollar ekvivalentində qalır. Göstərilən məbləğdən artıq pul rublla da çıxarıla bilər.

Bundan əlavə, aprelin 11-dən Mərkəzi Bank dollar və avro ilə mübadilə əməliyyatlarına görə 12 faizlik komissiyanı ləğv edəcək.

Brokerlərdən valyuta almaq üçün komissiya bir aydan çox müddətə qüvvədə idi. Martın 3-də 30 faiz idisə, ertəsi gün Mərkəzi Bank onu həm fiziki, həm də hüquqi şəxslər üçün 12 faizə endirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə