Ukraynanın hərbi əməliyyatlara aylıq xərcləri təxminən 10 milyard dollar təşkil edib. Bu barədə aprelin 2-də Ukrayna prezidenti Volodimir Zelenskinin sədrliyi ilə iqtisadiyyatın inkişafı məsələlərinə həsr olunmuş müşavirənin yekunlarına dair məlumatda bildirilib. SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti hərbi əməliyyatlara ayda təxminən 10 milyard dollar sərf edir.
Müşavirədə xərclərin maliyyə mənbələri, o cümlədən dövlətin özünün vergi gəlirləri və tərəfdaşlardan daxil olan yardımlar müzakirə olunub. Həmçinin Ukrayna iqtisadiyyatının vəziyyəti və onun yaxın gələcəkdə inkişaf perspektivləri nəzərdən keçirilib.
Görüş iştirakçıları ölkədə əkin kampaniyası və aqrar sahə işçilərinin yanacaqla təminatı məsələlərini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB