Gürcüstanın avtomobil ixracının yarıdan çoxu Azərbaycana yönəlib

Gürcüstanın avtomobil ixracının yarıdan çoxu Azərbaycana yönəlib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 40,7 milyon ABŞ dolları dəyərində 4 601 ədəd avtomobil idxal edib. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə avtomobillərin sayı 309 ədəd və yaxud 7,2% artıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 72,6 milyon ABŞ dolları dəyərində minik avtomobili təkrar ixrac olunub ki, bunun da 56,06%-i Azərbaycana yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə