Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək. SİA-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiyada fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq.
Tədbir "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB