Neftin bir bareli 300 dollardan baha satılacaq?

Neftin bir bareli 300 dollardan baha satılacaq?

"...Rusiya neftindən imtina “qara qızıl”ın qiymətində fəlakətli artıma səbəb olacaq. Belə ki, neftin bir barelinin dəyəri 300 dolları da keçə bilər".

SİA "ren.tv"-yə istinadən bu fikirlərin Rusiya baş nazirinin müavini Aleksandr Novak tərəfindən səsləndirildiyini bildirir.

Nazir müavininin sözlərinə görə, Avropa bazarında Rusiya neftinin bütün həcmini tez bir zamanda əvəz etmək praktiki olaraq mümkün deyil.

Bunu isə TASS xəbər verir. Belə ki, agentlik Novaka istinadən bu prosesin azı bir ildən çox vaxt aparacağını bildirib. "Nəticədə Avropa İttifaqı yanacaq, elektrik enerjisi və istilik enerjisinin qiymətlərində kəskin artımla üzləşəcək. Deyim ki, mən eyni şey ABŞ-a da aid edirəm".

"Tamamilə göz qabağındadır ki, Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq, yəni bir barel üçün 300 dollar, hətta daha çox olacaq".

Qeyd edək ki, Novak bu fikirləri xüsusi əminliklə bildirib..

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com