BMT-nin Ətraf Mühit üzrə Assambleyasının iclası keçirilib

BMT-nin Ətraf Mühit üzrə Assambleyasının iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ətraf Mühit üzrə Assambleyasının iclasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, BMT-nin Ətraf Mühit üzrə 5-ci Assambleyasının növbəti sessiyası “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət naminə fəaliyyətlərin genişləndirilməsi” mövzusuna həsr edilib.

Hibrid formatda keçirilən iclasda görüş iştirakçılarına Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videoformatda çıxışı təqdim olunub.

Çıxışda Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər, qarşıda duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə məlumat verilib.

Eyni zamanda, qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına töhfə verilməsi və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması hədəfi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə