Putinin Ukrayna ilə bağlı xalqa müraciəti fonunda dolların məzənnəsi 80 rublu ötüb. SİA bu barədə rus mətbuatına istinad edir.
O, xalqa müraciət etdikdən sonra qondarma Donetsk və Luqansk respublikalarının tanınması haqqında fərmanlar imzalayıb.
Moskva birjasının ticarət məlumatlarına əsasən, dolların məzənnəsi 3,51 faiz (2,71 rubl) artaraq 80 rublu keçib.
Qeyd edək ki, Rusiyada dollar sonuncu dəfə təxminən bir ay əvvəl, yanvarın 26-da bu qədər bahalaşıb.
Bununla yanaşı, avronun məzənnəsi də 3,36 faiz (2,94 rubl) bahalaşaraq 90,49 rubla qədər yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB