“Biznes qurmaq üçün təbii ki, ilk növbədə mailliyə vəsaiti vacibdir. Lakin bundan da əvvəl müəyyən bir biznes plan qurulmalıdır. Hansı ki, bu biznes reallığı əks etdirməli, doğru strategiya əsasında qurulmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, eyni zamanda məşğulluq proqramı çərçivəsində heç vəsaiti olmayan vətəndaşlar üçün işsiz statusu almaq lazımdır: “Bundan sonra isə dövlətin özünəməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin oluna bilərlər. Məsələn rəngsaz, malyar, müəyyən kulinariya sahələrində insanlar özlərinə iş qura bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinə müraciət edərək, bu proqramdan yararlana bilərlər. Bu zaman onlar mikrosahibkar kimi fəaliyyətə başlayırlar. Daha sonra isə işlərini genişləndirə bilərlər.
İkinci bir məsələ isə biznes qurmaq istəyən şəxslərə hazırda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi böyük dəstək olur. Bura müraciət edən zaman biznes planlar yazılır, hüquqi məsləhətlər verilir, kreditlərin idarə olunması üçün doğru istiqamətlərə yönləndirir. Bura müracəit edən insanlar üçün investisiya layihələri katoloqu olur. Müraciət edən şəxslər öz ideyalarını irəli sürürlər, bu müraciətlər üzrə də həmin kataloqdan istifadə edilir.
Mövcud biznesin genişləndirilməsi istiqamətində də həmin agentliyin dəstək mexanizmləri var. Burada əsas məsələ daxili bazar araşdırılmalarının aparılmasıdır. Eyni zamanda güzəştli kreditlər də verilir. Öz bilik və bacarıqlarını inkişaf etdirmiş şəxslər heç bir dövlət qurumuna müraciət etmədən də biznes plan hazırlaya və işlərini də qura bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə