Ötən il Böyük Britaniya iqtisadiyyatında 7,5 faiz artım olub
2021-ci ildə Böyük Britaniya iqtisadiyyatında 7,5 faiz artım olub.
SİA xəbər verir ki, bu, 1941-ci ildən indiyədək ən yüksək rəqəmdir. Belə ki, koronavirus pandemiyası səbəbi ilə yaşanan iqtisadi daralmaya baxmayaraq Britaniyanın iqtisadiyyatında İkinci Dünya Müharibəsindən sonrakı ən yüksək artım qeydə alınıb.
Ötən il artımın bu qədər yüksək olmasının ən mühüm səbəbi isə iqtisadiyyatın 2020-ci ildə koronavirus pandemiyası səbəbindən 9,4 faiz daralmasıdır.
2021-ci ildə qeydə alınan genişlənmə ilə Böyük Britaniya G7 ölkələri arasında ən sürətlə böyüyən iqtisadiyyata malikdir. ABŞ, Kanada və Fransanın iqtisadiyyatları Böyük Britaniya iqtisadiyyatını qabaqlayır, lakin İtaliya, Almaniya və Yaponiyadan isə öndədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB