“Azəriqaz” İstehsalat Birliyi üzrə satış səviyyəsi 91% təşkil edib
Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi üzrə satış səviyyəsi 91% təşkil edib. Keçən ilin yanvar ayı ilə müqayisədə 19% artım olmuşdur. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qurumun inzibati binasında keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 %, qeyri-əhali üzrə 87 % olub: "Ötən ilin yanvar ayı ilə müqayisədə əhali sektoru üzrə 6,4%, qeyri-əhali üzrə 36% artım olub. Qeyd edim ki, 5 903 yeni abonent qeydiyyata alınıb. Onların 5 639 nəfəri əhali, 262-i isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB