Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov fevral ayında Azərbaycana səfər edəcək. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Nazir Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək.

"Bolqarıstan nümayəndə heyətinə energetika naziri Aleksandr Nikolov başçılıq edəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birinci keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə