Bitkoinin məzənnəsi minimuma düşüb SON BEŞ AYDA

Bitkoinin məzənnəsi 39 min dollardan da aşağı düşüb. SİA xəbər verir ki, bunu “CoinGecko”-nun məlumatları təsdiq edir.

Qeyd edilir ki, kriptovalyuta 2021-ci ilin avqust ayından etibarən minimuma enib. Belə ki, hazırda bitkoinin dəyəri 38 178 dollardır. Noyabrın əvvəlindən bütövlükdə rəqəmsal tokenlərin dəyəri bir trilyon dollar azalıb ki, bu da ABŞ-da pul siyasətinin gözlənilən sərtləşdirilməsi fonunda baş verir.

Xatırladaq ki, Bloomberg, bitkoinin son zamanlar texnologiya şirkətlərinin səhmlərindəki dalğalanmalardan asılı olduğuna diqqət çəkib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...