Ötən il neft emalı və neft-kimya məhsullarının ixracı 25,5 faiz artıb

Ötən il neft emalı və neft-kimya məhsullarının ixracı 25,5 faiz artıb

İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib. Neft emalında 13,3 faizdən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

SİA xəbər verir ki, bu göstəricilər SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.

“2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5 faiz çoxdur”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə