Ərzaq indeksinin bahalaşmasının SƏBƏBLƏRİ NƏLƏRDİR? - İQTİSADÇI AÇIQLADI

"Dünyada ərzaq indeksinin bahalaşması həqiqətən də son illərin ən yüksək həddinə çatıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ərzaq indeksinin artıq 25-30% bahalaşdığı son 2 ildə görünür: "Buna təsir edən əsas amillər təbii ki, pandemiya ilə əlaqəli sərhədlərin bağlı olması, loqistikanın bahalaşması ölkələrin daxili bazarları qoruması üçün siyasətləridir. Çünki daxili bazarları qorumaq üçün ərzaq məhsullarının ixracatı üçün rüsumları artırdılar. Nəticə etibarilə bu da ərzağın bahalaşmasında əsas rol oynadı. Bundan əlavə yol xərcləri yəni loqistika bahalaşıb. Pandemiyadan öncə bir konteynerin ortalama daşıma qiyməti təqribən 2 min dollar idisə, indi təxminən 7-8 min dollara qədər artıb. Bu da ərzaq qiymətlərinin artımında mühüm rol oynayan amillərdən birinə çevrilib".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə