Türkiyǝ vǝ ABŞ ticarǝt nazirlǝri arasında telefon danışığı olub

Türkiyǝ vǝ ABŞ ticarǝt nazirlǝri arasında telefon danışığı olub

Türkiyǝnin ticarǝt naziri Mehmet Muş amerikalı hǝmkarı ilǝ telefon ǝlaqǝsi saxlayıb.

SİA xəbər verir ki, bu barǝdǝ Mehmet Muş şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ paylaşım edib.

Amerika Birlǝşmiş Ştatlarının ticarǝt naziri Gina Raimondo ilǝ telefon ǝlaqǝsi saxladığını bildirǝn Mehmet Muş deyib: ‘‘Amerika Birlǝşmiş Ştatlarının ticarǝt naziri Gina Raimondo ilǝ sǝmǝrǝli görüş keçirdik. 2021-ci ildǝ tǝxminǝn 28 milyard dollar olan ticarǝt hǝcmimizin artırılması üçün atılacaq addımları müzakirǝ etdik. Qarşıdakı dövrdǝ dǝ ticari münasibǝtlǝrimizi yüksǝk sǝviyyǝyǝ çatdırmaq üçün danışıqları davam etdirǝcǝyik’’.

Bütün xəbərlər Facebook səhifəmizdə