“Tesla”nın elektromobil satışı 87 faiz artıb

“Tesla”nın elektromobil satışı 87 faiz artıb

“Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb.

SİA xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 87 faiz çoxdur. Bu rəqəm indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə