Böyük qayıdışın ilk məkanı bura olacaq - NAZİR

Böyük qayıdışın ilk məkanı bura olacaq - NAZİR

"Torpaqların işğaldan azad olunması 30 ildən sonra bu diyarlara dirçəliş bəxş etdi. Torpağın mənəvi dəyəri çox yüksəkdir. Ermənilər 30 il torpaqlarımıza zülm edərək istismar edib. Torpaqlarımıza qarşı ekoloji terror edilib. Cənab Prezidentin torpaqlarımızla bağlı ilk tapşırıq torpaqlarımızın əkib becərilməsi olub. Qarşımıza qoyulan vəzifələrin uğurla icrası üçün ən son texnologiyalardan istifadə olunur. Bu gün dünyada torpaq və su nizamsız şəkildə istifadə edilir. Bununla da təsərrüfata yararlı torpaqların sahəsi azalır". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, torpaqların işğaldan azad edilməsi əkinçiliyə yararlı torpaqların sahəsi artmaqla həmçinin heyvandarlığın da inkişafına səbəb olacaq: "Artıq Zəngilanın Ağalı kəndinin inşası başa çatmaqdadır. Böyük qayıdışın ilk məntəqəsi bura olacaq".

İ.Kərimov vurğulayıb ki, minalardan təmizlənmiş ərazilərdə artıq əkinçilik işləri aparılır: "Bölgə taxılçılıq, pambıqçılıq, tütünçülüyün inkişafı üçün yararlıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə