2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik artım proqnozlaşdırılır
Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. SİA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair çıxışında deyib.
O bildirib ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM-in artımı 6 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
“Həmçinin qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildə adambaşına 170 ABŞ dollar düşürdüsə, bu il 260 dollara çatıb və deyə bilər ki, bu rəqəm 2025-ci ildə 450 dollara çata bilər”, - deyə icraçı direktoru əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB