Manat ucuzlaşacaq? - DİQQƏT! - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Manat ucuzlaşacaq? - DİQQƏT! - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Manatın ucuzlaşması hazırda dəyərdən düşməsi fonunda müşayət edilir. Bu gələcəkdə və ya qarşıdakı aylarda deyil, geridə buraxdığımız aylarda da müşahidə olunub”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

“Biz bunu onun alıcılıq qabiliyyətinin aşağı düşməsində daha çox müşahidə edirik. Əgər sual olunursa devalvasiya ilə bağlı, yəni dollar qarşısında ucuzlaşması ilə bağlı məsələyə, düşünmürəm ki, yaxın müddət ərzində bu baş verəcəkdir. Çünki, ölkənin strateji xəttində makroiqtisadi tarazlığın qorunması məqsədi ilə manatın məzənnə stabilliyinə birmənalı olaraq üstünlük verilir.

Düşünürəm ki, hazırda makroiqtisadi göstəricilərin özü, eləcə də Azərbaycanın əsas ixracında rol oynayan neft və neft məhsulları, ümumiyyətlə karbohidrogen ehtiyatlarının hazırkı bazar qiymətləri hökümətə kifayət qədər fürsətlər yaradır ki, nəzərdə tutulmuş manatın məzənnə stabilliyi asanlıqla qoruyub saxlaya bilinsin. Buna görə də düşünürəm ki, manatın xarici valyutalar qarşısında birbaşa ucuzlaşması, hansısa bir devalvasiya forması yaxın müddət ərzində baş verməyəcəkdir. Sadəcə olaraq manatın dəyərdən düşməsi də bir müddətdir ki, baş verir və qarşıdakı aylarda da müəyyən nisbətdə qaçınılmaz olacaqdır. Bunu da şərtləndirən əsas səbəb inflyasiya meyllərinin sürətləndirilməsidir. Hesab edirəm ki, 2022-ci ilin birinci rübündə də manatın dəyərdən düşməsi müşahidə olunacaq. Çünki, əməkhaqqının artması əlavə gəlirlərin artmasına, əlavə pul kütləsinin bazarlara daxil olmasına müəyyən nisbətdə təbii olaraq qiymətlərin qalxmasını şərtləndirən əsas faktor olacaqdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə