CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,74 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,73 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,62 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə