Türk Hava Yolları (THY) İstanbul-Tbilisi reyslərin sayını həftədə 21-dən 25-ə yüksildir
SİA-nın xəbirinə görə bu barədə THY-nın Tblisi ofisindən açıqlama verilib. Bildirilib ki, yanvarın 2-dən etibarən mövcud reyslərə həftədə daha 4 uçuş əlavə ediləcək. Yeni reyslər bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək və İstanbuldan uçuş saatı 12:00, Tbilisidən isə 16:15 olaraq planlaşdırılıb. Qərara əsasən, yanvarın 2-dən sonra İstanbul hava limanından Tbilisiyә 18, Sabiha Gökçən hava limanından isə 7 reys reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə