Oktyabrda 3,2 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

Oktyabrda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 3 milyard 209 milyon ABŞ dolları olub.

SİA xəbər verir ki,Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 989,9 milyon dolları idxalın, 2 milyard 220 milyon dolları isə ixracın payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə