"DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsi qəbul edildi - RƏSMİ

"DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsi qəbul edildi - RƏSMİ

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. SİA-nın məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 milyard 306 milyon 770 072 manat, xərclərinin 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə