Strateji valyuta ehtiyatlarımız 53 milyard dolları ötüb

Strateji valyuta ehtiyatlarımız 53 milyard dolları ötüb

Oktyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard ABŞ dollarını ötüb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında deyib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatlarının yüksək səviyyədə formalaşmasında neft-qaz sektorundan əldə olunan gəlirlər başlıca mənbədir.

Bütün xəbərlər Facebook səhifəmizdə