Aktiv vergiödəyicilərinin sayında 6,2% artım olub

Aktiv vergiödəyicilərinin sayında 6,2% artım olub

Cari il noyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 654 min 465 təşkil edib. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6 faiz artıb və 33 min 700-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 180 min 292 ədəd təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə