Türkiyənin külək enerjisindən təmin etdiyi elektrik ötən gün 181 min 249 meqavat-saatla ilin ən yüksək səviyyəsinə çatıb. SİA bu barədə türk mətbuatına istinad edir.
Məlumata görə küləyin ümumi elektrik enerjisi istehsalındakı payı 20,1 faiz olub. Noyabrın 10-u çərşənbə günü Türkiyədə ümumilikdə 901 min 841 meqavat-saat elektrik enerjisi istehsal edilib ki bunun 21,6 faizi idxal kömür elektrik stansiyalarından 20,1 faizi də külək elektrik stansiyalarından təmin olunub. Beləliklə, Türkiyədə külək enerjisindən istehsal olunan elektrik enerjisi 181 min 249 meqavat-saatla ilin ən yüksək səviyyəsinə çatıb. Küləkdən elektrik enerjisi istehsalında sonuncu rekord 174,542 meqavat-saat elektrik istehselı ilə oktyabrın 25-də qeydə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB