"Moody's" Türkiyə ilə bağlı hesabatı açıqladı

"Moody's" Türkiyə ilə bağlı hesabatı açıqladı

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" Türkiyədə maliyyə intizamın dövlət maliyyəsinin dayanıqlığını davam etdirəcəyini bildirib.

Kredit reytinq agentliyinin "İnkişaf Edən Bazarlara Baxış" başlıqlı hesabatında 2022-ci ildə Türkiyənin iqtisadi artımının 4,8% olacağının proqnozlaşdırıldığına diqqət çəkilib.

“Türkiyənin maliyyə intizamı və iqtisadi fəallığı dəstəkləyən güclü kredit artımı dövlət maliyyəsinin dayanıqlığını təmin edəcək”, - hesabatda qeyd olunub. Demoqrafik görünüşün inkişaf etməkdə olan bazarlardakı bankların fəaliyyətinə mümkün təsirinin qiymətləndirildiyi hesabatda: “Şərqi Avropa və Rusiyadakı bankların gəliri işçi qüvvəsinin yaşlı olması səbəbi ilə azaldacaq. Orta Asiya və Türkiyə bankların gəliri isə gənc və artan əhalinin kredit tələbi səbəbi ilə daha da artacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə