CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 85,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır. SİA-nın verdiyi məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...