Türkiyə Qazaxıstanda sərmayə qoyuluşunu artırıb

Türkiyə Qazaxıstanda sərmayə qoyuluşunu artırıb

Türkiyənin ABŞ və İsveçrədən sonra Qazaxıstanda qoyduğu sərmayəni ən çox artıran üçüncü ölkə olduğu bildirilib. SİA-bu barədə türk mətbuatına istinad edir.

Qazaxıstan Milli Bankının açıqladığı məlumatlara görə, cari ilin birinci yarısında ölkəyə birbaşa xarici sərmayə qoyuluşu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artmışdır.

Sözügedən müddət ərzində Qazaxıstanda xarici ölkələrdən 11,1 milyard dollarlıq sərmayə qoyulub.

Bu dövrdə Türkiyə Qazaxıstana 388,7 milyon dollar sərmayə qoyub. Belə ki, ötən il ilə müqaviyədə Türkiyənin Qazaxıstana yatırımı 79,9 faiz artıb.

Buna görə, ABŞ və İsveçrədən sonra Türkiyə Qazaxıstana sərmayə qoyuluşunu ən çox artıran üçüncü ölkədir.

Digər tərəfdən, Hollandiya, ABŞ, İsveçrə, Rusiya, İngiltərə, Çin, Belçika, Türkiyə, Fransa və Cənubi Koreya bu ilin ilk rübündə Qazaxıstana ən çox sərmayə qoyan ölkələr arasında olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə