ABŞ-da işçi çatışmazlığı səbəbindən marketlər boşdur...

ABŞ-da işçi çatışmazlığı səbəbindən marketlər boşdur...

İşçi çatışmazlığı səbəbindən ABŞ -ın bir çox marketlərindəki rəfləri boş qalıb. Amerikanın “ABC” televiziya kanalının verdiyi məlumata görə, mağazalardan bütün mal kateqoriyaları artıq yoxa çıxmaqdadır. Deyim ki, kanal əməkdaşı dediklərini əsaslandırmaq üçüm boş rəfləri göstərir.

Qeyd edilir ki, digər mal kateqoriyalarında çatışmazlıq gözləyən vətəndaşlar mağazalarda qalan hər şeyi alırlar.

Əməkdaşın dediyinə görə, ölkənin əsas limanlarından birində boşaltma üçün sıralanan yüzlərlə gəmi növbəsini gözləyir, amma onları boşaltmağa işçi qüvvəsi yoxdur.

Belə məlum olur ki, liman yeni işçilər tapana qədər mallar mağaza rəflərinə geri dönməyəcək.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə