Avropa Birliyinə üzv ölkələr haqqında statistik məlumatlar toplayan və bu ölkələrin istifadə etdiyi statistik metodları uyğunlaşdıran “ Eurostat”ın açıqladığı ilkin məlumatlara görə, sentyabr ayında avro bölgəsində inflyasiya, avqust ayı ilə müqayisədə 0,4 faiz artaraq illik olaraq 3,4 faiz təşkil edib.
Qeyd edək ki, “Bloomberg” bunu bu, assosiasiyada 2008 -ci ildən bəri ən yüksək inflyasiya səviyyəsi kimi dəyərləndirib. Belə ki, qiymətlər ən çox sentyabr ayında enerji qiymətlərində (17,4 faiz; avqustda - 15,4 faiz), sənaye mallarında (2,1 faiz; avqustda - 2,6 faiz), ərzaq, spirt və tütün məmulatlarında (2,1 faiz) habelə digər xidmətlərdə(1,7 faiz) artıb.
Bundan əlavə, ötən ay ən yüksək inflyasiya Estoniya (6,4 faiz), Litva (6,3 faiz) və Slovakiyada (5,1 faiz), ən aşağı - Malta (0,7 faiz), Portuqaliyada (1,3 faiz), Yunanıstan və Finlandiyada (2,1 faiz) qeydə alınıb.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB