"Prezidentin yollarla bağlı sərəncamının əhəmiyyəti çox böyükdür" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Prezidentin yollarla bağlı sərəncamının əhəmiyyəti çox böyükdür" - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Bütövlükdə yolların təmiri həm iqtisadiyyatın inkişafı baxımından, o cümlədən də sahibkarlığın inkişafı baxımından vacib hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam sahibkarlar üçün bazara çıxış imkanları kontekstindən də vacibdir: “Eyni zamanda vətəndaşlarımızın və sürücülərin daha rahat beynəlxalq standartlara uyğun avtomobil yolundan istifadə etməsi baxımından da əhəmiyyətlidir. Sözü gedən yol nəzərə alsaq ki, praktiki olaraq 26 km uzunluğunda yoldur. Bu yol Ağsu, Kürdəmir və Bəhrəmtəpə istiqamətində olan yoldur. Xüsusən də bu zonada yolların təmir edilməsinə, yeni yolların salınmasına ehtiyac var idi. Çünki nəticədə həmin bölgənin infrastukturunun inkişafına xüsusi töhfə vermiş olur. Bu baxımdan sözügedən yolun inşa edilməsi bir tərəfdən regionun inkişafı baxımından vacibdir. Digər tərəfdən həmin bölgənin inkişafına da xüsusi təkan verəcək. Eyni zamanda xüsusən də kiçik sahibkarların da öz məhsullarını bazara çıxarılması baxımından da vacibdir. Ona görə də sözügedən yolun inşası Azərbaycan iqtisadiyyatını xüsusən də Azərbaycanda regionların inkişafı ilə bağlı aparılan siyasətin bir elementidir. Bu da ondan xəbər verir ki, bölgələrimizdə yeni yolların inşa edilməsi, mövcud yolların təmiri ilə bağlı fəaliyyətlər davam etdiriləcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə