Təbii qazın qiyməti Avropada artıb

Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb. SİA-nın məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır.

Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Bütün xəbərlər Facebook səhifəmizdə