Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 91 milyon dollar olub

Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 91 milyon dollar olub

Hazırda Azərbaycanda Çexiya kapitallı 23 şirkət fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, bu il Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 91 milyon dollar təşkil edib. Hər iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması və şaxələndirilməsi əsas hədəflərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə