Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 80,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur. SİA-nın əldə etdiyi məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 79,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə